Kadırov Rusiya universitetindən “cihad maşını” istədi  

11:25 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın aparıcı universitetlərindən olan Moskva Bauman Dövlət Texniki Universitetindən Ukraynada istifadə üçün “cihad maşını” hazırlamağı xahiş edib.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, respublikanın sənaye və energetika naziri Adəm Həkimov universitetlə müqavilə imzaladıqlarını açıqlayıb. Kadırov universitetdən yüksək manevr qabiliyyətinə malik yüngül çəkisi olan hərbi avtomobil dizayn etməsini istəyir.

Həkimov sifariş verdikləri nəqliyyat vasitəsini “cihad maşını” adlandırıb.

Çeçenistan rəsmiləri 2023-cü ilin əvvəlində Çeçenavto fabrikində istehsal olunacaq hərbi avtomobilin hazırlanması üçün konstruktor büroları ilə danışıqlar apardıqlarını açıqlayıblar.

Siyasət rubrikasından digər xəbərlər